Modern.az

Deputat Sahibə Qafarova Bilik Fonduna getdi

Deputat Sahibə Qafarova Bilik Fonduna getdi

Təhsil

16 Dekabr 2014, 13:43

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova Fondun əməkdaşları ilə görüşüb. Bilik Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə Şura üzvünə ətraflı məlumat verən icraçı direktor Oktay Səmədov gələcək planları da açıqlayıb.

Modern.az
-ın məlumatına görə, professor S.Qafarova işə başladığı gündən Fondun fəaliyyətini yaxından izlədiyini, qısa müddətdə görülən işlərdən məmnun qaldığını dilə gətirib. O, xüsusilə Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsindən danışaraq deyib ki, bu layihə gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində, onların dünyagörüşünün inkişafında və intellektual səviyyələrinin formalaşmasında mühüm rol oynayır.  S.Qafarova ölkə ərazisində uğurla həyata keçirilən layihənin  xarici dövlətlərdən olan məktəblərin iştirakı ilə davam etdirilməsini, Azərbaycan məktəblilərinin xarici yaşıdları ilə qardaşlaşdırılmasını təklif edib. Bilik Fondunun bu günlərdə “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində Praqada keçirdiyi sərginin əhəmiyyətinə diqqət çəkən millət vəkili Azərbaycan elminin nailiyyətlərinin xaricdə təbliğinin vacibliyini vurğulayıb. Onun fikrincə, bu səbəbdən Fondun xarici əlaqələrinin coğrafiyasını genişləndirmək zəruridir.

Əməkdaşların suallarını cavablandıran S.Qafarova gələcək fəaliyyətində  Bilik Fonduna Himayəçilik Şurasının üzvü, millət vəkili, həm də bir azərbaycanlı ziyalı kimi əlindən gələn köməyi əsirgəməyəcəyini deyib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı