Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə və “Təkamül” gənclərin maarifləndirilməsinə dəstək ictimai birliyi tərəfindən həyata keçirilən "Ənənələrin təkamülü" layihəsinin yekun sərgisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə və “Təkamül” gənclərin maarifləndirilməsinə dəstək ictimai birliyi tərəfindən həyata keçirilən "Ənənələrin təkamülü" adlı layihədə rəssamlar, şairlər, yazıçılar eləcə də, dekorativ-tədbiqi sənətlə (keramika, bədii parça, xalça, metal işləmə, zərgərlik sənəti, vitraj, qobelen, və s.) və bununla yanaşı bütün müasir incəsənət növlərilə (video-art, performans, foto sənəti, instalyasiya, küçə sənəti və s.) məşğul olan yaradıcı gənclər iştirak ediblər.
Modern.az-ın məlumatına görə, layihənin əsas məqsədi müasir incəsənət strategiyası kontekstində tarixi-mədəni irsin qorunub saxlanması və aktuallaşdırılması, eləcə də milli ənənələr rakursunda müxtəlif mədəni cərəyanların inteqrasiyası, gənclər arasında milli ənənələrin təbliği, mədəni qarşılıqlı əlaqələrin yaradılması, həmçinin sağlam vətəndaş cəmiyyəti şəraitində yaradıcı gənclərin fəaliyyət təcrübəsinin və səviyyəsinin yüksəldilməsi idi.
Layihə aşağıdakı əsas istiqamətlərdə həyata keçirilib:
* Müxtəlif milli mədəni təcrübələrin (poeziya, rəssamlıq və incəsənət) təqdimatı, eləcə də müasir incəsənət haqqında məlumatların təbliği və yayılması;
* Yaradıcı gənclər qrupları arasında fənlərarası dialoqun formalaşdırılması, stimullaşdırılması və yeni yaradıcı konsepsiyaların gerçəkləşdirilməsi.
Layihə milli mənsubiyyətin qorunub saxlanmasına, ümumilikdə gənclər arasında milli incəsənətə marağın oyanmasına, müasir incəsənət tendensiyaları barədə biliklərinin artırılmasına və bunula da onların aktual mədəniyyət istigamətlərinə yönəldiməsinə öz töhvəsini vermişdir. Bu fəaliyyət Azərbaycan gəncliyinin mədəni və sosial həyatının zənginləşməsinə və inkişafına, habelə mədəni dialoqun qurulmasına şərait yaradıb.
Layihənin əsas aparıcı qüvvəsi kimi yaradıcı cütlüyün, yəni klassik ənənənəvi incəsənət məktəbinin və müasir novatorluq cərəyanlarının nümayəndələri cəlb olunmuşdular. Onlar arasında sıx iş birliyi və fənlərarası dialoqun formalaşması nəticəsində ümumi bədii konsepsiyaya uyğun mədəni məhsul yaradılıb.
Layinin yekun mərhələsində yaradılmış sənət əsərlərinin sərgisi 16 dekabr 2014-cü il tarixində saat da Müasir İncəsənət Mərkəzində keçirilib. Sərgidə dövlət qurumlarının nümayəndələri, incəsənət xadimləri, vətəndaş cəmiyyəti təşkilatları, yaradıcı gənclər və digərləri iştirak ediblər.
Modern.az