Modern.az

Parlamentdə insident: “Spiker müxalifətçi deputatın mikrofonun söndürdü” - VİDEO

Parlamentdə insident: “Spiker müxalifətçi deputatın mikrofonun söndürdü” - VİDEO

Təhsil

16 Dekabr 2014, 14:14

Ermənistan parlamentinin növbədənkənar iclasında növbəti insident baş verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səsverməyə kredit razılaşması çıxarılıb. Gömrük tənzimlənməsi paketinin lehinə 70 deputat, əleyhinə isə 5 nəfər səs verib, heç kim bitərəf qalmayıb.
“İrs” partiyasından olan deputat Zauri Postandjyan bəyan edib ki, parlament erməni xalqının maraqlarının əleyhinə olan qanun layihəsinə səs verib. Bu zaman spiker Qalust Saakyan onun mikrofonun söndürərək provakasiyaya getdiyini deyib. Postandjyan mikrofonsuz danışmağa cəhd edib. Spiker müxalifətçi deputata yenidən söz verib-verməmək qərarına gələ bilməyib. Amma yenidən “İrs”in deputatına çıxış etmək imkanı yaradıb. Sonra yenidən mikrofonun söndürüb. Bundan sonra əsəbiləşən Qalust Saakyan bir neçə qanunun adını Postandjyanın onu əsəbiləşdirdiyi üçün unudub.

Ermənistan parlamentinin növbədənkənar iclasını hakim koalisiyaya daxil olmayan “Çiçəklənən Ermənistan”, “Orinas yerkir”, Erməni Milli Konqresi, eləcə də “İrs”dən oaln deputatlar Ruben Akopyan və Tevan Poqosyan boykot edirlər.

 



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı