Modern.az

Deputat Milli Məclisdə bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirənlərdən danışıb

Deputat Milli Məclisdə bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirənlərdən danışıb

Təhsil

16 Dekabr 2014, 14:36


 “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirən vətəndaşların hüquqlarının daha ciddi qorunmalıdır”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında millət vəkili Qənirə Paşayeva deyib.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında qanuna dəyişiklikləri dəstəkləyirəm. Çünki bu gün ən çox belə hallardan biri tikinti sektorunda baş verir. Bu sektor da daxil olmaqla, bəzi özəl sahələrdə  işçilər əmək müqaviləsi və icbarı sığortası olmadan çalışdırılırlar. Buna qarşı da sərt mübarizə aparmaq lazımdır, çünki  istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirməklə vətəndaşlar ağır vəziyyətlə üzləşirlər. Ona görə əmək müqaviləsi və icbari sığortası olmadan çalışdıranlara qarşı çox ciddi mübarizə aparılmalıdır”.

Depuata eyni zamanda bədbəxt hadisələr zamanı peşə-əmək qabiliyyətini itirənlərin icbari sığorta haqlarını almalarında bəzi hallarda  rast gəlinən süründürməçilik hallarından da danışıb.

“Bununla bağlı bəzən vətəndaşlardan şikayətlər və müraciətlər də edirlər. Bu cür süründürməçilik hallarının son qoyulmalıdır. Və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirmiş vətəndaşlar normal şəkildə sığorta haqlarından yararlanmalıdırlar. Düşünürəm ki, bu sahədə mexanizmlərin və görülən işlərin keyfiyyəti daha da artırılmalıdır”.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı