Modern.az

Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq – SİYAHI

Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq – SİYAHI

Təhsil

17 Dekabr 2014, 09:40


Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Modern.az saytına Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Məlumata görə, saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “İvanovka” və “Rəncbər”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Şabran Taxtalar” və “Qobustan”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Lək” və “Katex”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Tərtər” və “Azadqaraqoyunlu”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Yuxarı Salahlı” Qazpaylama stansiyalarında, eləcə də Qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.  

Təmir müddətində Hacıqabul rayonun Rəncbər, Ucar rayonun Lək, Balakən rayonun Katex, İsmayıllı rayonun İvanovka, eləcə də Qazax rayonun Yuxarı Salahlı və Aslanbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.  

Aparılan işlərin Tərtər, Şabran və Qobustan rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı