Modern.az

Rus rublunun ucuzlaşması Putini hərəkətə gətirdi: Qərb liderləri ilə müzakirə aparıldı

Rus rublunun ucuzlaşması Putini hərəkətə gətirdi: Qərb liderləri ilə müzakirə aparıldı

Təhsil

17 Dekabr 2014, 10:05

 

Rusiya milli valyutası rublun qiymətinin kəskin ucuzlaşması fonunda Rusiya prezidenti Vladimir Putin Qərb liderləri ilə Ukrayna böhranını müzakirə edib.

Modern.az saytı Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel, Fransa dövlət başçısı Fransua Olland və Ukrayna rəhbəri Pyotr Poroşenko ilə telefonla müzakirə aparıb. Müzakirələr zamanı Ukrayna böhranı müzakirə edilib.

“Donetskdəki  atəşin dayandırılması üçün ehtiyacın olduğu vurğulanıb. Zərər çəkmiş regionların iqtisadi bərpası və humanitar, sosial dəstək məsələlərinə baxılıb”,-deyə Kremlin yaydığı məlumatda deyilir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı