Modern.az

"Ermənistanın təxribatına Uruqvay Senatının sədri etiraz edib"

"Ermənistanın təxribatına Uruqvay Senatının sədri etiraz edib"

Təhsil

17 Dekabr 2014, 11:12


Ermənistan kütləvi informasiya vasitələrində,  Ermənistanda səfərdə olan Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin 8 dekabr tarixində Ermənistan parlamentinin  sədri Qalust Saakyan ilə keçirdiyi birgə mətbuat konfransında "Uruqvay erməni soyqırımını tanıyan bir ölkə kimi Dağlıq Qarabağ Respublikasının da müstəqilliyini tanıyacaq ilk ölkə olacaqmı?" sualına cavab verib.

Danilo Astori tərəfindən "Mənim ölkəm bu istiqamətdə işləyir", deməsi kimi məlumatlar yayılıb.

Məsələyə  Azərbaycan Xarici İşlər Nazirliyi də reaksiya verib.  

XİN mətbuat xidmətinin rəhbəri vəsifəsini icra edən Hikmət Hacıyev Modern.az saytına açıqlamasında bildirib ki, məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Uruqvaydakı diplomatik nümayəndəliyi Uruqvayın Xarici İşlər Nazirliyinə müraciət edib.  

“Bu müraciətə cavab olaraq, Uruqvay Xarici İşlər Nazirliyindən bildirilib ki, məsələ vitse-prezident və Senatın sədri Danilo Astori ilə aydınlaşdırılıb. Danilo Astori bu məlumatın həqiqətə uyğun olmadığını, belə fikirlər səsləndirmədiyini və Uruqvayın rəsmi mövqeyinin münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarət olduğunu bildirdiyini deyib”,-deyə Hikmət Hacıyev qeyd edib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı