
Bakı 2015 Avropa Oyunlarıın keçirilməsinə bir neçə ay qalıb.
Azərbaycanda keçirləcək Avropa oyunları həm də Azərbaycan üçün bir fürsət ola bilər ki, Ermənistanın işğalçı dövlət olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatırsın.
Ermənilərin “Dağlıq Qarabağ” iddialarının yanlış olduğunu göstərmək üçün Avropa oyunlarının məhz Azərbaycanda keçirilməsinin müsbət təsiri ola bilər.
Oyunların baş tutmasına çox az vaxt qalıb.
Lakin Bakının küçələrində Qarabağla bağlı tanıtım plakatlarına və yaxud Qarabağa dair məlumatları əks etdirən lövhələrə rast gəlmirik.
Ümumiyyətlə, bu sahadə hazırda heç bir fəaliyyət nəzərə çarpmır.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın rəhbəri Bayram Səfərov Modern.az-a məsələ ilə bağlı münasibət bildirərkən deyib ki, əslində bu maraqlı ideyadır. “Avropa oyunları zamanı bunu həyata keçirmək olar”.
Onun da sözlərindən anlaşıldığı kimi, hazırda bu məsələ ilə bağlı konkret fəaliyyət yoxdur.
Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə qeyd edib ki, bu məsələ ilə bağlı onlara tapşırıq verilməlidir ki, bu sahədə fəaliyyət başlanılsın. Lakin hələlik onlara bu baradə məlumat və tapşırıq verilməyib.
Bakı 2015 Avropa Oyunları Əməliyyat komitəsi məsələ ilə bağlı açıqlamada bildirib ki, Avropa Oyunlarının siyasətə aidiyyatı yoxdur.
“Biz Azərbaycanın tarixində baş tutacaq ən böyük idman tədbirinin uğurla həyata keçirilməsi üçün tam gücümüzlə çalışırıq”.
Məltəm TALIBZADƏ