Modern.az

Türkiyənin idman yazarları Azərbaycan futbolunu izləmirlər

Türkiyənin idman yazarları Azərbaycan futbolunu izləmirlər

Təhsil

17 Dekabr 2014, 11:33

Dekabr ayının 11-də futbol üzrə Azərbaycan premyerliqasında ilk turun növbəti oyunları çərçivəsində “Qarabağ”- “İnter” oyun keçirildi. Əslində, bu qarşılaşmada “Qarabağ” klubunun oyunu bir qolla da olsa başa vurmasını səbirsizliklə gözləyirdik.

Ancaq futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”-“İnter” oyununun sonuna yaxın Riçard Almeydanın vurduğu qolu hakim hesaba almadı.

Yarışın belə gözlənilməz sonluqla bitməsi futbol şərhçiləri və azarkeşləri tərəfindən etirazla qarşılandı.

Məsələyə Azərbaycan mətbuatında kifayət qədər yer ayrıldı.

Əslində, qolun hesaba alınmaması onu göstərdi ki, Qarabağa nəinki beynəlxalq tribunadan, hətta, yaşıl meydançadan da haqsız mövqe sərgiləyirlər.

Modern.az olaraq məsələ ilə bağlı Türkiyənin idman yazarları və şərhçiləri ilə əlaqə saxladıq. Futbolun sərhəd tanımadığını nəzərə alaraq mövzuya dair münasibət öyrənmək istədik. Amma, fərqli mənzərə ilə qarşılaşdıq.

Təəssüf ki, türk yazarları Azərbaycan futbolunu izləmirlər. Ümumiyyətlə, Azərbaycan futbolu haqqında geniş bilgiyə malik deyillər.

Türk futbol yazarlarından olan Nəcati Şatana Modern.az-a açıqlamasında “Qarabağ”-“Inter” oyununu nəinki özünün, hətta, digər həmkarlarının da izləmədiyini dedi. “Təəssüf ki, Türkiyədə futbol yazarları Azərbaycan futbolunu mütəmadi olaraq izləmirlər. Bu, bizim səhvimizdir. Gərək bizi bağışlayasınız”.

Digər tanınmış futbol yazarı, Anadolu İdman Qəzetçilər Dərnəyinin rəhbəri İbrahim Ərdoğan isə xarici ölkələrdən birində səfərdə olduğu üçün oyunu izləmədiyi dedi.

Namidə BİNGÖL

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı