Modern.az

“Xobbit” İMAX-da rekord qırdı

“Xobbit” İMAX-da rekord qırdı

Təhsil

17 Dekabr 2014, 11:45

Bu günlərdə Park Cinema– IMAX® kinoteatrının açılışı olub. Flame Towers otelindəki bu kinoteatrda ilk dəfə IMAX® formatında Piter Ceksonun epik “Xobbit” trilogiyasının üçüncü hissəsi nümayiş etdirilib.

Modern.az xəbər verir ki, Azərbaycanın ilk İMAX kinoteatrında “Xobbit: Beş ordunun döyüşü” filminin nümayişi böyük uğurla keçib. Kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev deyir ki, bu film 2014-cü il üçün həm ən sürətli, həm də ən çox online bilet satışı üzrə rekord qırıb: Belə ki, saat yarım ərzində artıq ilk seansa biletlərin hamısı satılıb. 3 gün ərzində nümayiş zamanı izləyicilərin sayı gözləndiyindən də çox olub. Tamaşaçılar hələ dekabrın 31-dək bu filmi IMAX® 3D HFR formatında 15 metrlik ekrandan izləyə bilərlər. dekabrın 17-dən etibarən film həm də Park Bulvar və Metroparkdakı kinoteatrlarda da dövrəyə girir. Namiq Quliyev qeyd edir ki,  hazırda Park Cinema kinoteatrlar şəbəkəsində 3 formatda - IMAX® 3D HFR, 3D HFR və standart 3D formatından təsvir təklif edilir. 

Kinoteatrda həmçinin Dolby Atmos səs sistemləri iəl təchiz edilmiş 5 standart zalın istifadəyə verilməsi gözlənilir.

Yaxın günlərdə Flame Towers-də  IMAX® kinoteatrının təntənəli açılış mərasimi keçiriləcək.

IMAX® kinoteatrında Sergey Bodrovun “Yeddinci oğul” və Ridli Skottun “Çıxış: Tanrılar və Krallar” filmləri nümayiş etdiriləcək.

F.Əliyeva   

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı