Modern.az

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı ALINDI

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı ALINDI

Təhsil

17 Dekabr 2014, 12:48


Azərbaycanın gömrük orqanları 400 qramdan artıq narkotik vasitəni ölkə sərhədindən keçirmək istəyən iki qadını saxlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Modern.az saytına verilən məlumata görə, fakt Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda aşkar edilib.

İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşları Fəridə Şahsuvarova və Səyyarə Şahsuvarova saxlanılaraq onların üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.   Şəxsi yoxlama zamanı S. Şahsuvarovadan gömrük nəzarətindən gizlədilmiş uzunsov formalı bükümlərdə ümumi xalis çəkisi 149,038 qram narkotik vasitə - heroin və xalis çəkisi 3,971 qram psixotrop maddə - metamfetamin, F. Şahsuvarovadan isə ümumi xalis çəkisi 251,688 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.  

 Faktla bağlı təəssüf doğurucu hal isə ondan ibarətdir ki, Şahsuvarova  Fəridə Məmməd qızı Şahsuvarova  Səyyarə Elxan qızının anasıdır   

Faktla bağlı DGK-nın İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı