Modern.az

Əsədin generalı öz sarayını partlatdı - VİDEO

Əsədin generalı öz sarayını partlatdı - VİDEO

Təhsil

17 Dekabr 2014, 14:02


Dəməşq, Hələb və İdlib bölgələrində strateji əhəmiyyətli bir çox bölgə müxaliflərin nəzarəti altına keçərkən, Suriyanın rəhbəri Bəşər Əsədi dəstəkləyən ordu və muzdlu döyüşçülər xeyli itki veriblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın Dərə bölgəsində maraqlı bir hadisə baş verib. Rejimin generalı müxaliflərin ələ keçirməsindən qorxduğu üçün öz sarayını bomba ilə havaya uçuraraq istifadə edilməz hala gətirib.

Dərədə sürətlə irəliləyən müxaliflərin bölgədə olan bir çox nöqtəni ələ keçirməsindən sonra Suriyanın kəşfiyyat bölüyünün başçısı olan general Rüstemin narahat olub.

Bu səbəbdən Dərənin şimal-şərq istiqamətindəki Karfa kəndində Qəzaliyə aid bir saray öz adamları tərəfindən partladılıb. Sosial şəbəkədə yayılan videoda general Rüstem Qəzali tərəfindən verilən təlimatla sarayın içərisinə benzin dolu bidonlar və balonlar qoyularaq məhv edildiyi görünür.  

 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı