“Tahşiyəcilər” qrupunun işi üzrə istintaq materiallarında adımın hallanmasını bu gün mətbuatda oxudum. Bəlkə də mənə pislik etmək üçün adımı hallandırıblar. Əslində sağ olsunlar. Mənim o “paralel yapı”ya qarşı olduğumu və “paralel yapı”nın mənə vurduğu kompası üzə çıxarıblar”. Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının xanımı Tənzilə Rüstəmxanlı deyib.
O adının bir vaxtlar “Ergenekon” əməliyyatlarında olduğunu xatırladıb: “Bütün bunlar göstərir ki, “Ergenekon” terror hörgütünə bizim də işimizi bulaşdıranda 2008-ci ildə mətbuat konfransı keçirərək açıqlama verərək dedim ki, bu bir kompramatdır. Burda vətənsevərləri, Türkiyə dövlətini sevərləri Azərbaycanın böyük dostlarını içəri atırlar. Bunlar hamısı Türkiyə-Ermənistan sərhədlərinin açılmasına, erməni məsələsinə, Türkiyədə türk milli məfkurəsini daşıyan insanın qorxudulmasına hesablanıb. O zaman bu oyunları quranların “Gülən camaatı” olduğunu açıqcasına söyləmişdik. O zaman Türkiyə iqtidarının işinə gəldiyinə görə səssiz qalmışdı. Azərbaycandakı “Gülən camaatı”nın adamları qol-qola girib qəzetlərə “Ergenekon” məsələsində bizim ismimizi manşet atırdılar. İndi də adımı “Tahşiyəcilər”lə birləşdiriblər. Onsuz da bu məsələ də “Ergenekon” məsələsinə bağlıdır. Biz o gün də haqlı idik, bu gün də haqlıyıq”.Tənzilə Rüstəmxalı Türkiyədəki “paralel yapı”nın Azərbaycanda da bir vaxtlar və indi də qolunun olduğunu deyib:
“Bu məsələyə Azərbaycanın yenidən baxması lazımdır. Çünki bir müddət əvvəl Azərbaycanda bəzi qurumlar, çox ciddi şəkildə yuvalanmış nazirliklərimiz var idi. Gülən camaatının “paralel yapı” deyilən işi prezident aparatının ən yüksək səviyyələrinə qədər gedib çıxmışdı.
“Bəzi millət vəkilləri var ki, onlarla qapılar arxasında çox rahatca görüşürlər. Dünən də bunu edirdilər, bu gün də edirlər. “Ergenekon” terror örgütünə bizim adımızı bağlayıb nə zaman həbs olunmağımızı gözləyənlər var idi. O zaman da sözümüzü demişdik, bu gün də deyirik. Bu gün Türkiyə bu adamlara savaş açıb bunları təmizləməklə məşğuldur. Azərbaycan da Türkiyənin etdiyini edib. Azərbaycanın rəsmi dövlət qurumlarında yuva salmış “paralelçilər”i təmizləməsi çox lazımdır”.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Türkiyədə “paralel yapı”ya qarşı əməliyyatlar başlayıb. Həbs edilən fətullahçı media mənsublarının və polislərin işi üzrə materiallarda Azərbaycanın, xüsusilə Tənzilə Rüstəmxanlının adının çəkildiyinə dair informasiyalar yayılıb. çəkilir.
Namidə BİNGÖL