Modern.az

Taliban Əfqanıstanda banka basqın edib: 10 nəfər öldürülüb

Taliban Əfqanıstanda banka basqın edib: 10 nəfər öldürülüb

Təhsil

17 Dekabr 2014, 16:08


Taliban terrorçuları bu gün Əfqanıstanda bir bank binasına basqın təşkil edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Talibanın əlində yenə çox sayda girov var.

Əfqanıstanın cənubundakı Helmand şəhərində Taliban yaraqlılarının xüsusi bir bank şöbəsinə hücum təşkil etdiyi və bankdakı vətəndaşları girov aldığı bildirilir.

Paytaxt Kabildə bir yığıncaqda danışan Əfqanıstanın baş naziri Abdullah Abdullah Helmand şəhərindəki hücumda 10 adamın öldürüldüyünü söyləyib. Helmand qubernatorluğunun sözçüsü Ömər Zvak isə üzərlərində bomba qurğuları olan silahlıların Helmand şəhərinin mərkəzində bir banka hücum etdiyini, bankda olan onlarla vətəndaşın girov alındığını bildirib.

Hadisə yerində olan Ömər Zvak banka girən intiharçılardan ikisinin üzərlərindəki bombanı partlatdığını, əfqan təhlükəsizlik gücləri və təcavüzkarlar arasındakı qarşıdurmanın davam etdiyini söyləyib. Hücumda ölən və yaralananların sayının hələ dəqiqləşmədiyini qeyd edən Zvak, çox sayda təhlükəsizlik qüvvələri əməkdaşının hadisə yerində olduğunu vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı