Modern.az

BDU müsabiqə qaliblərini mükafatlandırdı - FOTO

BDU müsabiqə qaliblərini mükafatlandırdı - FOTO

Təhsil

17 Dekabr 2014, 16:14


Bu gün Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 95 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələri nümayəndələri arasında elan edilmiş «Bakı Dövlət Universiteti təhsil, təlim və elm mərkəzi kimi» müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Modern.az xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov müsabiqəyə qatılan jurnalistləri təbrik edib. 
Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyevin «Bakı Dövlət Universiteti və mətbuat» adlı məruzəsindən sonra BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova qalibləri elan edib. “Bizim alma-mater” adlı sənədli filminə görə 1-ci yerin qalibi Azərbaycan Dövlət Televiziyasının əməkdaşları - Mintac Elsevər və Arzu Məmmədova, “Ali təhsil məktəblərinin flaqmanı” yazısı ilə 2-ci yerin qalibi «Respublika» qəzetinin əməkdaşı Qədir Aslan və «Azərbaycanın NANO məktəbi – BDU» adlı sənədli filminə görə Region TV-nin əməkdaşı Aynur Nəsirova, 3-cü yerin qalibləri – «Azərbaycan elminin mayakı» məqaləsi ilə «Trend» İnformasiya Agentliyinin əməkdaşı Vəfa Şairova və “Azərbaycan elminin BDU brendi” məqaləsi ilə bakupost.az saytının əməkdaşı Fərəh Sabirqızı olublar.

Müsabiqənin həvəsləndirici mükafatlarına Modern.az saytının əməkdaşı Elmin Nuri, "Reytinq" qəzetinin əməkdaşı Seynur Verdizadə, Parlament Jurnalistlər birliyinin sədr müavini Aqil Aslan, Yeni Azərbaycan qəzetinin əməkdaşı Nurlan Qələndərli, Şərq qəzetinin əməkdaşı Şəyman Aşırlı yiyələniblər.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı