Modern.az

Rusiyada azərbaycanlı firma sahibi məhkəməyə verildi

Rusiyada azərbaycanlı firma sahibi məhkəməyə verildi

Təhsil

17 Dekabr 2014, 16:44

Rusiyanın Krasnoyarsk diyarı üzrə Nəqliyyat Prokurorluğu Azərbaycan vətəndaşı Vüqar Əliverdiyev barəsində cinayət işini məhkəməyə göndərib. Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, “ABX” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş sədri olan Əliverdiyev Rusiya Cinayət Məcəlləsinin “strateji məhsulların böyük həcmdə qaçaqmalçılığı” və “fırıldaqçılıq yolu ilə özgəsinin əmlakını talama” maddələri ilə təqsirli bilinir. Cinayət işçi üzrə material Krasnoyarsk diyarı Lesosibirsk rayon məhkəməsinə göndərib.

İsitntaqın məlumatına görə, “ABX” MMC-nin rəhbəri kimi Vüqar Əliverdiyev Tacikistan, Qırğızıstan və Özbəkistana ağac materialları ixrac edərkən gömrük yoxlaması zamanı saxta bəyannamələrdən istifadə edib və bununla da vergidən yayınıb. Eyni zamanda, Azərbaycan vətəndaşı saxta sənədlərdən isitfadə Rusiya dövlət büdcəsindən biznes fəaliyyəti üçşün 2 milyon rubl kompensasiya da əldə edə bilib.

Vüqar İsmayılov     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı