Modern.az

Namiq Həsənov jurnalistlərdən gileyləndi: “Sual verməyi bacarmırlar”

Namiq Həsənov jurnalistlərdən gileyləndi: “Sual verməyi bacarmırlar”

Təhsil

17 Dekabr 2014, 17:03

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov jurnalistlərdən gileylənib. O, Modern.az-a açıqlamasında bir müddət əvvəl saytımızda keçirilən sorğunun nəticələrilə tanış olarkən onun adını çəkən jurnalistlərdən incidiyini bildirib.  Sorğunun nəticələri ilə tanış olarkən təəssüf hissi keçirdiyini bildirib:

“Mənim xəstəliyim bəziləri üçün mövzu obyektinə çevrilib. Həmin adamlar nəinki düzgün sual verməyi, heç verilən cavabı düzgün yazmağı da bacarmırlar. Amma hərəsi bir ağızdan “Namiq getsin” deyir. Onlara demək istəyirəm ki, darıxmasınlar, onsuz da gedəcəm, mən kreslo həvəsində deyiləm. İnsan xəstələnəndə ona şəfa diləyirlər, səlahiyyət davası etmirlər”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı