Modern.az

Rusiya milyarderləri 2 gündə 10 milyard dollar itirib

Rusiya milyarderləri 2 gündə 10 milyard dollar itirib

Təhsil

17 Dekabr 2014, 18:25



Rusiyanın ən zəgin 20 milyarderi son 2 gündə rublun ucuzlaşması nəticəsində 10 milyard dollar itirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə Rusiya milyarderləri 2014-cü il ərzində 62 milyard dollar vəsait itirib. Qərb jurnalistləri ən çox itkilərə “NOVOTEKA” şirkətinin rəhbəri Leonid Mixelsonun düçar olduğunu iddia edir. Milyarderin sərvəti 2 gündə 9,2 milyarddan 8,7 milyard dollara qədər azalıb. Vladimir Putinin dostu sayılan və mart ayından bəri ABŞ-ın sanksiyalarına uğrayan Qennadi Timçenkonun sərvəti isə 7,8 milyarddan 3,2 milyard dollara qədər azalıb.

Digər zənginlərdən Vladimir Lisin, Əlişir Usmanov, Viktor Vekselberq də çoxmilyonlu maliyyə itkiləri ilə üzləşiblər.

“Sistema” maliyyə-kredir şirkətinin rəhbəri Vladimir Yevtuşenko isə ilin əvvəllrindən 9 milyard dollar vəsait itirərək ən zəngin Rusiya zənginləri siyahısında ilk “20-lik”dən çıxıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı