Modern.az

Xəbərdarlıq: Rusiya hər an müharibə başlada bilər

Xəbərdarlıq: Rusiya hər an müharibə başlada bilər

Təhsil

17 Dekabr 2014, 21:30


Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov işğal edilən torpaqların qurtarılması və hücumlara hazırlıqlı olmaq baxımından bütün gücləri səfərbər etməkdən başqa seçimlərinin olmadığını bəyan edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Turçinov Rusiyanın hər an müharibə başlada biləcəyini də açıqlayıb.

O, Ukraynada müharibənin davam etdiyini və bunu nüvə silahı olan təcavüzkarın başlatdığını qeyd edərək bildirib ki, ordusu və iqtisadiyyatı bərbad olan onun ölkəsi bu savaşa tamam hazırlıqsız yaxalanıb, buna rəğmən ordunu yenidən qurublar. Ölkəsinin torpaqlarının bir qismini itirdiyini, Rusiyanın elan etdiyi atəşkəs müddətinin hər an müharibə ilə əvəzlənə biləcəyini söyləyən Turçinov deyib: “Rusiya hər an genişmiqyaslı müharibə başlada bilər. Buna hazırlıqlı olmalıyıq”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı