Modern.az

Qadağa: Supermarketlər bazar günü işləməyəcək

Qadağa: Supermarketlər bazar günü işləməyəcək

Təhsil

17 Dekabr 2014, 22:25

Macarıstanda supermarketlər bazar günləri işləyə bilməyəcəklər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar dekabrın 17-də ölkə parlamentində qəbul edilib. Baş nazir Viktor Orban bu haqda qərar verilməsinin səbəbini izah edərkən deyib ki, məhz bazar günü macarlar mağazalara daha çox gedir və vaxtlarının böyük hissəsini orada keçirirlər. Orban əmindir ki, Macarıstanda yaşayanların vaxtlarını daha çox ailədə keçirməlidirlər.

Ölkənin iri ticarət şəbəkələrinin rəhbərləri bu yeni qaydaya etirazlarını bildiriblər. Ekspertlər hesablayıblar ki, iş vaxtının qısaldılması supermarketlərdə satışın və gəlirin aşağı düşməsi ilə nəticələnəcək. Bu səbəbdən ticarət şəbəkələrində işləyənlərin ixtisara düşməsi də gündəmə gələcək. Ancaq onsuz da Macarıstanda işsizliyin, xüsusilə gənlər arsında səviyyəsi kifayət qədər yüksəkdir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı