Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar açılmış maddi və mənəvi təzminat davası ilə bağlı Yasamal Məhkəməsinin qərarından verilən şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Bu barədə zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi, tanınmış hüquqşünas Fərhad Mehdiyev bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin baxdığı bu şikayətin digərlərindən fərqli olduğunu düşünür:
Zərəçəkənin vəkili Aqil Layıcov da bildirdi ki, prosesin gedişindən narazı deyillər:
“Dövlət də bu tip hallara məhkəmə vasitəsi ilə nəzarəti təmin edir və neqativ halların aradan qaldırılmasına çalışır. Bu baxımdan zərərçəkənlərin iddiasının təmin olunması və bunun ictimailəşməsi bu sahədə həkimlərin məsuliyyətini artırmaq, hüquqi-ictimai nəzarəti gücləndirmək deməkdir”.
Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb.
Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib. Hazırda cinayət işinin istintaqı yekunlaşaraq, Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Nəsimi Rayon Məhkəməsində cinayətkar həkimlərdən biri – anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
Yasamal Rayon Məhkəməsi tərəfindən isə mənəvi təzminat olaraq 10 min manat (6 min “Medi Sina” klinikası və 4 min anestezioloq Firuz İbrahimov) tutulması və zərərçəkənlərə ödənilməsi barədə qətnamə qəbul olunub.
Ancaq 750 minlik iddia qaldıran zərərçəkən tərəf qətnamədə digər həkimlərin məsuliyyətdən azad edilməsi və çox cüzi miqdarda təzminat çıxarılmasına etiraz olaraq, apelyasiya şikayəti verib. Apelyasiya Məhkəməsində işə İkram Şirinov hakimlik edir. (axar.az)