Modern.az

Nazim Məmmədovun klinikasında şair, yazıçı, jurnalistlərin pulsuz müayinəsi davam edir

Nazim Məmmədovun klinikasında şair, yazıçı, jurnalistlərin pulsuz müayinəsi davam edir

Təhsil

18 Dekabr 2014, 09:17

Sabiq deputat Nazim Məmmədov bir müddət əvvəl rəhbərlik etdiyi “Loğmed” klinikasında gənc yaradıcı insanların - şairlərin, yazıçıların, jurnalistlərin, ictimai faydalı işlə məşğul olan (imkansızların, kommersiya fəaliyyəti istisnadır) 3 aydan bir ödənişsiz pulsuz müayinəsi üçün göstəriş verib.
Modern.az saytı klinikaya pulsuz müayinə üçün müraciət edənlərin olub-olmadığını öyrənmək üçün keçmiş deputatla əlaqə saxlayıb:
“Bizim əlaqə nömrəmiz də, ünvanımız da eynidir. Yaradıcı insanlar üçün verdiyimiz söz hələ də keçərlidir. Hər gün bununla bağlı müraciətlər daxil olur. Nəinki jurnalistlər, həmçinin sosial yaşayışı aşağı olan yazıçılar, şairlər, QHT təmsilçiləri, hətta müxalifət nümayəndələri də müayinə olunmaq üçün müraciət edirlər.

Bizim klinikanın həkimləri də bu müraciətləri anlayışla qarşılayırlar. Burada edilən güzəştlərdə klinikamız çox vəsait itirmir. Demək olar ki, bir nəfər üçün müayinənin maya dəyəri maksimum 50 manata başa gəlir. Amma başqa klinikalar çox yüksək qiymət qoyaraq vətəndaşların maddi vəziyyətini nəzərə almırlar. Bu məbləğin klinikamızın büdcəsinə heç bir təsiri olmur.

Fərdi olaraq bəzilərinə hətta müalicə üçün də güzəştlər edilir. Yəni o insanın həqiqətən də imkanı olmadığı müəyyənləşdirilirsə, ona imkan daxilində kömək etməyə çalışırıq”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı