Türkiyənin Anadolu Agentliyinə yeni baş direktor təyin edilib.
Modern.az AzərTAc-a istinadən xəbər verir ki, bu, Şenol Kazancıdır.
Bir müddət Türkiyə mətbuatında publisist kimi tanınan yeni baş direktor Şenol Kazancı İstanbul Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2011-ci ildən Nazirlər Kabinetində çalışan Ş.Kazancı Rəcəb Tayyib Ərdoğan Prezident seçildikdən sonra fəaliyyətini Prezident Sarayında davam etdirməyə başlayıb.
Baş nazirin müavini Yalçın Akdoğan yeni təyinatı münasibətilə Ş. Kazancını qəbul edib.
Modern.az