Modern.az

Gülən tərəfdarlarından Ərdoğana QARĞIŞ: “Məzarında çevriləcək”

Gülən tərəfdarlarından Ərdoğana QARĞIŞ: “Məzarında çevriləcək”

Təhsil

18 Dekabr 2014, 10:41


Türkiyədə “paralel təşkilatlanma”ya qarşı hökumətin apardığı siyasətlə bağlı qalmaqallar səngimək bilmir. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, “paralel yapı”ya qarşı aparılan əməliyyatlar çərçivəsində həbs edilən jurnalist və digər ictimaiyyət nümayəndələrinə dəstək olmaq üçün Çağlayandakı İstanbul Ədliyyəsi önündə aksiya keçirilib.

Fətulla Gülən tərəfdarlarının keçirdiyi aksiyada iki nəfərin hərəkəti diqqəti cəlb edib. Əllərində Quran kitabı və Türkiyə bayrağı tutaraq gəzən adamlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölümünü arzulayan şüarlar səsləndiriblər.

“Ərdoğan yaxın zamanlarda öləcək. Onun ömrünə az qalıb. Ondan qurtulacağıq. Dua edin. Onu torpaq da qəbul etməyəcək. Məzarında da çevriləcək”,-deyə qarğış dolu şüarları dilə gətiriblər.  

Bu çağırışları  Gülən tərəfdarları hörmətlə qarşılayıblar.  

Dekabrın 14-də Türkiyə hüquq-mühafizə orqanlarının Gülən mediasına qarşı apardığı əməliyyat zamanı “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı və “Saman yolu” televiziyasının baş direktoru Hidayət Karaca həbs olunub.  

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı