Modern.az

Azərbaycan baş prokurorunun baş redaktor olan müavini 60 yaşını qeyd edir

Azərbaycan baş prokurorunun baş redaktor olan müavini 60 yaşını qeyd edir

Təhsil

18 Dekabr 2014, 11:34

Azərbaycan Respublikası baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərovun doğum günüdür. Modern.az saytının məlumatına görə, bu gün onun 60 yaşı tamam olub.

Namiq Əsgərov 1954-cü ilin dekabr ayının 18-də Bakı şəhərində anadan olub. Orta məktəbi qurtardıqdan sonra Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1976-1981-ci illərdə BDU-nun Hüquq fakültəsini bitirdikdən sonra təyinatla respublika prokurorluq orqanlarında işə qəbul olunaraq, keçmiş 26 Bakı komissarı (indiki Səbail) rayon prokurorluğunun stajoru təyin edilib. Daha sonra N.Əsgərov Bakı nəqliyyat prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru, müstəntiqi, Azərbaycan nəqliyyat prokurorunun ümumi nəzarət üzrə köməkçisi, Bakı şəhər prokurorluğu ümumi nəzarət şöbəsinin prokuroru,  Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət şöbəsinin prokuroru, Təşkilat-nəzarət şöbəsinin prokuroru, Baş Prokurorluğun Təşkilat-nəzarət idarəsinin böyük prokuroru vəzifələrində işləyib.
27.12.2000-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük referenti, həmin şöbənin müdir müavini  vəzifələrində çalışıb. 14.03.2005-ci il tarixdə köçürülmə qaydasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Ölkə Prezidentinin 20.04.2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası baş prokurorunun müavini təyin edilib.
N.Əsgərov II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

N.Əsgərov Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvüdür. Həmçinin ,  Azərbaycan Respublikasının Baş Prokurorluğunda Müsabiqə komissiyasının, «Prokurorluq işçilərinin sosial müdafiəsi və maddi təminatları məsələlərinin həlli üzrə komissiyası»nın, «Prokurorluq orqanlarında uzunmüddətli xidmətə görə üstəlik haqq verilməsi üçün əmək stajını müəyyən edən komissiya»nın sədridir.
N.Əsgərov «Azərbaycan Prokurorluğu» jurnalının baş redaktorudur. Ailəlidir, iki övladı var.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı