İspaniyanın Daxili İşlər Nazirliyi tərəfindən aparılan əməliyyat zamanı İŞİD terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinən 7 nəfər tutulub.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatlar Barselona, Şimali Afrika əsilli ispanların yaşadığı Keuta və Melillada şəhərlərinə aparılıb.
Məlumata görə əməliyyat Mərakeş polisi ilə birgə keçirilib.Qeyd edək ki, İspaniyada bundan əvvəl də 9 İŞİD-çi həbs edilib.
Modern.az