Modern.az

İran prezidenti Çavuşoğlu ilə Qarabağı müzakirə edib

İran prezidenti Çavuşoğlu ilə Qarabağı müzakirə edib

Təhsil

18 Dekabr 2014, 12:30


İran prezidenti Həsən Ruhani Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Modern.az saytının məlumatına görə görüşdə iki ölkə arasındakı münasibətlər və onun regionda təhlükəsizliklə bağlı müsbət tendensiyaların inkişafına təsirindən söz açılıb.

“Bu gün Tehran və Ankara terrorla mübarizədə və qonşularının ərazi bütövlüyünün qorunması məsələsində yüksək səviyyədə ortaq mövqe sərgiləyirlər. Bu məsələdə dialoq yolu ilə daha da faydalı işlər görülə bilər”,-deyə Həsən Ruhani bildirib.  

İran prezidenti qeyd edib ki, Türkiyə ilə ikitərəfli əlaqələri daha da genişləndirmək olar.

Onun sözlərinə görə perspektivdə  bu istiqamətdə daha böyük addımlar atılacaq.  

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, rəsmi Ankara İranla ticarət dövriyyəsinin həcmini 30 milyard dollara qaldırmaq niyyətindədir.  

Qeyd edək ki, Həsən Ruhaninin “qonşuların ərazi bütövlüyü” deyərkən Dağlıq Qarabağ münaqişəsinə işarə etdiyi bəllidir.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı