Modern.az

Bakıda saxta diplom satan tutuldu

Bakıda saxta diplom satan tutuldu

Təhsil

18 Dekabr 2014, 12:51

Azərbaycanda saxta diplom satılması ilə bağlı daha bir fakt aşkar olunub. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Nuriyev Rövşən Məmmədovun adına hazırladığı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu şərti alıcıya 7000 ABŞ dollarına satarkən saxlanılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz