Dekabrın 17-də Mingəçevir şəhərində Kür çayının sahilində ovla məşğul olan şəhər sakini Elxan Bayramov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəş həmyerlisi Hümbət Maşıyevə dəyib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən Hümbət Maşıyev ölüb.
Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən Elxan Bayramovdan ov tüfəngi götürülüb.
Dekabrın 17-də Bərdə rayonunun Məmmədli kəndində rayon sakini Tarıyel Əliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Bərdə rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi götürülüb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Dekabrın 17-də İmişli rayonunun Məmmədli kəndindəki Şərbət-Qobu gölünün yaxınlığında ovla məşğul olan Bakı şəhər sakini Akif Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəş kənd sakini Hamlet Allahverdiyevə dəyib və o, hadisə yerində ölüb.
Modern.az