
Dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin sayca 10-cu geniş mətbuat konfransı keçirir. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bir neçə saat ərzində canlı efirdə Putinə sual vermək üçün 1259 jurnalist akkreditasiyadan keçib. Tədbirdə ABŞ, Almaniya, Çin, Cənubi Koreya, Vyertnam, Fransa və digər ölkələrin jurnalistləridə iştirak edəcəklər. Bundan başqa, Rusiyanın son dərəcə gərgin münasibətdə olduğu Ukraynadan da 8 müxbir akkreditasiyadan keçib.
Mətbuat konfransını canlı olaraq bu linkdə //live.russia.tv/index/index/channel_id/3 izləmək olar.
***
Moskvanın Beynəlxalq Ticarət Mərkəzində dünyanın müxətlif ölkələrindən olan 1259 jurnalist qarşısında ənənəvi mətbuat konfransı keçirən prezident Vladimir Putin ölkəsinu hazırki durumda ayı ilə müqayisə edib. Putin bununla Qərb ölkələrini hədəfə alıb: “Ayı bal və giləmeyvə yeməklə yaşayır. Amma ayını nə vaxtsa dinc qoyurlar? Yox. Ayını həmişə zəncirləmək, dişlərini və pəncələrini qopartmaq istəyəcəklər. Sonra isə dərisini soyub divardan asacaqlar. Bax, bizə də belə seçim təklif edirlər”.
Putin deyib ki, Rusiyanın indiki iqtisadi böhrandan çıxmaq üçün ən pis halda 2 il vaxt lazım olacaq. “Uzağı 2 ilə Rusiyadakı böhran aradan qalxacaq. Amma bundan əvvəl də baş verə bilər”.
Prezident Rusiyanın indiki duruma düşməsini xarici amillərlə əlaqələndirib. Onun sözlərinə görə, Rusiya ya müstəqil iqtisadiyyat yaratmalı, ya da məhv olmalıdır.
“Rusiyadakı böhran Krıma görə intiqamın nəticəsi deyil. Bunlar Rusiyaya qarşı Berlin divarından sonra davam edən məkrli planlardır”-deyə Putin Qərbə qarşı hikkəsini nümayiş etdirib
Modern.az