Azərbaycanda fəaliyyət göstərən bəzi tibb müəssisələri reklamlarını hər hansı məkanda yerləşdirə bilməmələrindən şikayət edirlər. Bu cür problemlə özəl müəssisələri daha çox üzləşirlər. Onların iddialarına görə, Səhiyyə Nazirliyi reklamlarını yerləşdirmələri üçün şərait yaratmır.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, özəl müəssisələrin reklam yerləşdirməsi üçün qanunda nəzərdə tutulan qaydaya əməl etmək lazımdır:
“Belə ki, dərman xidmətləri, yaxud özəl xidmətlərin reklamı Səhiyyə Nazirliyinin müvafiq rəyi olmadan hər hansı yerdə yerləşdirilə bilməz”.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin də reklam məsələsi qanunla müəyyənləşir:
“Prezidentin fərmanı ilə şirkətlər reklam yerləşdirəndə onların reklamının dərhal yayımlanmasına icazə verilmir. Reklamın reallığa cavab verməsi yoxlanıldıqdan sonra, icazə verilə bilər”.
Məltəm TALIBZADƏ