Modern.az

“Türkiyədəki ermənilər Azərbaycana qarşı fikirlərə təsir edə bilərlər”

“Türkiyədəki ermənilər Azərbaycana qarşı fikirlərə təsir edə bilərlər”

Təhsil

18 Dekabr 2014, 14:23

 

Türkiyənin CNN Türk  kanalı son 1 ay ərzində yaydığı məlumatlarda Azərbaycanla bağlı yanlışlığa yol verir.

Bir müddət öncə Azərbaycan ərazisində təlimlərdə iştirak edən Ermənistanın hərbi helikopterinin vurulması sonra bu telekanalda Dağlıq Qarabağ Ermənistana məxsus bölgə kimi təqdim edilib. Bir neçə gün öncə isə prezident İlham Əliyevə qarşı kanalda müxtəlif qeyri-etik fikirlər səsləndirilib. Bu da Azərbaycanda birmənalı qarşılanmayıb.  

Türkiyə Qazetəçilər Federasiyasının sədri Atilla Sertel  Modern.az-a məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, türklər Azərbaycanda yaşayan hər bir şəxsi çox istəyirlər: “Azərbaycan  və Türkiyə həmişə “bir millət, bir  dövlət, bir bayraq” devizi ilə çıxış ediblər. Bu, belə də davam edəcək. Bəzi məsələləri o qədər də böyütmək lazım deyil. Fikir azadlığı var. Hansısa bir münasibət bildirmək sərbəstdir. Bu, normaldır.    

Türkiyədə yaşayan əhali azərbaycanlıları öz millətimizin nümayəndəsi kimi qəbul edir. Azərbaycanla düşmən olmağı heç bir türk vətəndaşı istəmir. Buna ehtiyac da yoxdur”.

Federasiya sədri qeyd edib ki, Türkiyədə ermənilər də yaşayır və ola bilər ki, onlar Azərbaycana qarşı fikirlərə müəyyən təsir etsinlər: “Amma bu, bütöv Türkiyə əhalisinə aid edilə bilməz”.

 Onun fikrincə, Türkiyədə heç vaxt Azərbaycana qarşı qərəz nümayiş etdirilmir.  

Məltəm TALIBZADƏ  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı