Modern.az

Uşaqları Kosmosda səyahətə aparaq

Uşaqları Kosmosda səyahətə aparaq

Təhsil

18 Dekabr 2014, 13:55

Tusi Bohm Planetarium hər kəsə Yeni ildə uşaqlarla yanaşı, böyüklərin də marağına səbəb olacaq bir film hədiyyə edir. Ənənəyə uyğun olaraq burada dünya planetariumlarında gedən filmlər Azərbaycan dilinə tərcümə ilə nümayiş etdirilir.

Bu dəfə nümayişə çıxarılan "Kosmosda Yeni İl Əhvalatı" Donetsk istehsalıdır. Filmi Azərbaycan dilinə əməkdar artistlər Allahverdi Yolçuyev və Nəcibə Hüseynova səsləndiriblər.

Tusi Bohm Planitariumun direktoru Famil Mustafanın sözlərinə görə, film uşaqlara əyləndirməklə yanaşı, həm də öyrədir: “ Hər yeni il gələndə, onlar göy üzünə baxıb, ulduzları, bürcləri, planetləri tanıya biləcəklər. Çünki bu filmdə kosmosa qovulmuş küpəgirən qarı Yeni İldə gecə göyündə olan bürclərdən, planetlərdən və kometlərdən öz planetini soruşur”.

Filmin süjet xəttinə görə, küpəgirən qarı yeni ildə sehrli kosmosa düşür. Onu kosmosda qış göyünün personajları, kometalar və planetlərlə görüş gözləyir.

Fİlm qış tətili bitənə kimi nümayiş etdiriləcək. "Kosmosda Yeni İl Əhvalatı"nın müddəti 30 dəqiqə olsa da, buradan uşaqlar bir neçə kitabdan öyrənə biləcəklərini birdəfəlik yaddaşlarına həkk olunacaq.

F.Mustafanın sözlərinə görə, yeni ildə Tusi Bohm Planetarium yeni filmlərlə balaca tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, filmin premyerasında Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev və “Azərsun” Holdinqin vitse-prezidenti Tahir Gözəl çıxış ediblər.

Tusi Bohm Planetarium – Azərbaycanda müasir dövr üçün ən son nəsil texnologiya ilə təchiz olunmuş ilk planetariumdur. Burada 8K prinsipi əsasında çalışan 2 çox güclü və dəqiq proyektorla 10 m-lik ekranda alınan xəyal ilə tamaşaçılar kosmosun ənginliklərinə səyahət edə bilərlər. Bu məkan bütün yaş təbəqələrini əhatə edir və əhaliyə maarifləndirmə və bilik vermə funksiyasını daşıyır.

Planetariumun proqram təminatı səmanın istənilən anda istənilən yerinə səyahət etməyə, milyon illər ərzində baş verən prosesləri bir neçə dəqiqəyə qədər qısaldılıb müşahidə etməyə, mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verir. Burda filmlər, cizgi filmləri, kosmosa səyahət, sənədli filmlər nümayiş olunacaq.

Planetariumda elmi-maarifləndirmə məqsədi daşıyan sənədli filmlərlə yanaşı aparıcı-ekskursiya rəhbəri tərəfindən hazırlanmış xüsusi şou-proqramlar da təşkil olunacaq. Bu zal 58 tamaşaçı üçün nəzərdə tutulub.

F.Əliyeva

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı