
Şimali Koreya lideri, dünyanın ən gənc diktatoru Kim Çen İn-ə sui-qəsdin əks olunduğu “The İnteriew” filmi terror ehtimalı səbəbindən xeyli sayda kinoteatrın etirazına səbəb olub. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın xeyli sayda kinoteatrı filmdən imtina edib. “The İnteriew”un qala gecəsini də keçirmək mümkün olmayıb. Amerikanın 41 bölgəsində 176 kinoteatr filmi göstərməməkdə qərarındadırlar. Buna səbəb Şimali koreyalı hakerler tərəfindən ciddi şəkildə izlənilən filmin onlar üçün müəyyən problemlər yarada bilmə ehtimalıdır.
Qeyd edək ki, film haqqında informasiyalar qapalı ölkəyə də sızdırılıb və bu haqda məlumat alan diktatorun qəzəbinə səbəb olub. Filmin ssenarisinə görə, girişi mümkün olmayan qapalı ölkəyə gizli şəkildə daxil olan iki adam rəhbərə sui-qəsd etmək üçün plan hazırlayırlar.
Elmin NURİ