Modern.az

Mətbuat konfransı başa çatdı: Putin 39 jurnalistin 50 sualına cavab verib

Mətbuat konfransı başa çatdı: Putin 39 jurnalistin 50 sualına cavab verib

Təhsil

18 Dekabr 2014, 17:08


Rusiya prezidenti Vladimir Putinin sayca onuncu böyük mətbuat konfransı başa çatıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, konfrans 3 saat 10 dəqiqə davam edib.

Bu müddətdə dövlət başçısı 39 jurnalistin demək olar 50 sualını cavablandırıb. Sualların əksəriyyəti daxili və xarici siyasət, sosial, iqtisadi, hərbi mövzularla bağlı olub.

Bu, Putinin son illər ən qısa müddət davam edən mətbuat konfransı olub. Bu dəfə dövlət başçısının KİV-lə görüşü 2013-cü ildəkindən bir saat az çəkib. Ən yüksək rekord isə 2008-ci ildə qeydə alınıb, Putin 4 saat 40 dəqiqə jurnalistlərin suallarına cavab verib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı