Modern.az

Süleyman Dəmirəlin qardaşı vəfat edib

Süleyman Dəmirəlin qardaşı vəfat edib

Təhsil

18 Dekabr 2014, 18:20

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəl bu gün səhər saatlarda vəfat edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Güvən Xəstəxanasında xüsusi otaqda müalicə alan Süleyman Dəmirəla acı xəbər bu gün verilib. 

Dəmirəlin qardaşı Hacı Əli Dəmirəlin yaşla bağlı narahatlıqları olub və səhərə yaxın evində həyatını itirib. Məlumatda qeyd edilir ki, Hacı Əli Dəmirəlin dəfn günü ilə bağlı ailə içində bir qərar alınacaq. Hacı Əli Dəmirəlin İsparta İslamköydəki ailə qəbiristanlığına dəfn edilməsi gözlənilir.

Süleyman Dəmirəlin Güvən Xəstəxanasındakı tənəffüs yolları ilə bağlı narahatlığı səbəbi ilə başladılan müalicəsi tamamlanıb. Ancaq həkimləri Dəmirəlin ev mühitində digər şəxslərlə təmasda olmamasını və immunitet sisteminin güclənməsini istədikləri üçün 9-cu prezident Güvən Xəstəxanasında xüsusi bir otağa yerləşdirlib. Dəmirəl, acı xəbəri bu gün xəstəxanadakı xüsusi otağında alıb. Həkimləri bir qış günündə izdiham arasında olmasının sağlamlığı baxımından ciddi ölçüdə risk daşıması səbəbi ilə Dəmirəlin qardaşının dəfn mərasimində iştirak etməsinə icazə verməyib.

Hacı Əli Dəmirəl keçmişdə Ankaradakı məşhur Yüksəliş Kollecinin sahibi olub. Hacı Əli Dəmirəlin oğlu Yəhya Dəmirəl keçən il qaraciyər çatışmazlığı səbəbi ilə həyatını itirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı