ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədrləri Keri Kavano və Robert Bradke Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı aparılan danışıqlara qoşulublar.
Modern.az saytının mlumatına görə bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində məlumat verib.
Diplomat bildirib ki, keçmiş həmsədrlərlə Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinin perspektivlərini müzakirə edib.
“Keçmiş həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı aparılan danışıqlarda mənə qoşuldu”,-deyə Ceyms Uorlik yazıb.
Modern.az