Modern.az

Turqut Özalın oğlu yeni partiya YARATDI: “Heç kim əngəl ola bilməz”

Turqut Özalın oğlu yeni partiya YARATDI: “Heç kim əngəl ola bilməz”

Təhsil

19 Dekabr 2014, 00:05

Türkiyənin 8-ci prezidenti, mərhum Turqut Özalın oğlu Əhməd Özal yeni partiya yaradıb.

Modern.az saytının Türkiyə KİV-nə istinadə verdiyi xəbərə görə Əhməd Özal yeni partiyanın məqsədləri və hədəfləri ilə bağlı mətbuat konfransı keçiriib. Yeni təşkilatın adı “ANA” Partiyasıdır. Əhməd Özal bildirib ki, ədalət sisteminin tərəfsiz, müstəqil və təhlükəsiz bir müstəviyə gətirilməsi onların əsas hədəflərin sırasındadır.  

Partiya sədrinin sözlərinə görə qadınlara şiddətə qarşı çox ağır cəzalar tətbiq edilməlidir. Əhməd Özal yeni partiyanın dinlə bağlı mövqeyini də açıqlayıb:

“Dində məcburiyyət yoxdur. Hamı mənsub olduğu din və ya məzhəbə uyğun bir həyat təri sürməlidir. Heç kim buna əngəl ola bilməz”.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı