Bakının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC abunəçilərin diqqətinə çatdırır ki, Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsindən keçən magistral su xəttinə birləşmənin verilməsi ilə əlaqədar 19 dekabr 2014-cü il tarixdə gün ərzində 3-cü Alatava yaşayış massivinin, A.Salamzadə, C.Məmmədquluzadə küçələrinin bir hissəsinə və hərbi şəhərcik ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Modern.az