Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın, Təhsil və Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin I Qurultayı keçirilir.
Modern.az xəbər verir ki, tədbirdə respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər iştirak edirlər.
Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan alimlərinin də iştirak etdiyi və internet üzərindən canlı yayımlanan Qurultayı giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə ilk dəfə ölkəmizdə keçirilən bu qurultayın müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının, həmçinin bu inkişafa adekvat olaraq Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirib.
Qeyd edib ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Akademik vurğulayıb ki, hazırda elmi potensialın milli tərəqqi naminə səmərəli istifadə olunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir.
Qurultay davam edir...
Modern.az