Modern.az

“Sizinlə qürur duyuruq Ali Baş Komandanımız”

“Sizinlə qürur duyuruq Ali Baş Komandanımız”

Təhsil

19 Dekabr 2014, 12:44

Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyətinə həsr edilmiş “Sizinlə qürur duyuruq Ali Baş Komandanımız” adlı tədbirin keçirilməsi planlaşdırılıb.

Modern.az xəbər verir ki, tədbirdə Möhtərəm Prezidentimizin 2003-cü ildən bu günədək ölkəmizdə ordu quruculuğu sahəsində gördükləri misilsiz xidmətlərini əks etdirən sujetlərdən ibarət film də nümayiş etdiriləcək.

Gənclərin milli və vətənpərvərlik ruhda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edən bu film ötən dövr ərzində müstəqil dövlətimizin əsas atributlarından biri olan güclü ordunun qurulmasını, ölkəmizdə ordu quruculuğu prosesini, ümumiyyələ silahlı qüvvələrin inkişafı istiqamətində, eləcə də müdafiə sənayesi sahəsində əldə edilən nailiyyətləri əks etdirir.

Tədbirdə xidmətləri ilə xüsusi fərqlənən, Milli Ordumuzun əsgər və zabitlər də iştirak edəcək, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının ifasında proqram da təqdim olunacaq.

Qeyd edək ki, tədbir dekabrın 20-i saat 11:00-da YAP-ın fəal gənclərinin və ictimaiyyəti ilə birgə Nizami Kino Mərkəzində keçiriləcək.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı