Modern.az

Klinik Xəstəxana Avropa Oyunları zamanı əsas klinik baza olacaq FOTOLAR

Klinik Xəstəxana Avropa Oyunları zamanı əsas klinik baza olacaq FOTOLAR

Təhsil

19 Dekabr 2014, 15:27

Bu gün Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 1 saylı şəhər Klinik Xəstəxanasına (Semaşko) media tur təşkil olunub.

Modern.az saytı xəbər verir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi kimi də qeyd olunan Klinik Xəstəxananın gələn il 100 ya tamam olacaq. “Bakı 2015” Avropa oyunları zamanı əsas klinik baza kimi də bu xəstəxana seçilib.

Turda jurnalistlər xəstəxananın strukturu və fəaliyyəti ilə tanış olublar.

Xəstəxananın baş həkimi Sultan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, əvvəllər fəaliyyət göstərmək çətin idi. Xəstəxananın bəzi ehtiyacları ödənmədiyi üçün müxtəlif çatışmazlıqlarla üzləşirdilər.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin xüsusi diqqəti nəticəsində artıq həmin problemlər aradan qalxır: “Hazırda xəstəxanada 800-ə yaxın çarpayı var. Düzdür, gündəlik xəstələr çox olur. Biz məcbur olub 2 nəfərlik otağa 3-cü xəstəni də yerləşdiririk. Xəstəxanada 30 klinik şöbə, 15-16 köməkçi xidməti laboratoriyalar fəaliyyət göstərir”.

Baş həkim qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin büdcəsinin 800 milyon  təşkil etməsi onların ehtiyaclarını tam ödəyir.

O bildirib ki, Səhiyyə Nazirliyi  Klinik Xəstəxananı 170 adda müxtəlif pulsuz dərman preparatları ilə təmin edib.

Hər ilə xəstəxanaya  30 mindən çox xəstə gəldiyini deyən baş həkim, onlardan 10 min nəfərinin cərrahiyyə əməliyyatı olunduğunu deyib.

Xəstəxananın 2 minə yaxın işçisi  var. Onlardan 500-ü  həkim, 800-ü orta tibb bacıları və 700 nəfər isə kiçik və digər xidməti personal işçilərdir.

Xəstəxana yalnız Bakıdan yox, həmçinin müxtəlif rayonlardan da çoxsaylı xəstələri qəbul edir.









Məltəm TALIBZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı