
O, özünün Facebook səhifəsində yazıb ki, Hacı Elşən Mustafaoğluya bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsində vəzifə verilib.
"Hacı Elşən Mustafaoğlunu dürüst və ləyaqətli insan kimi tanıyıram... Anlaşılmaz səbəblər ucbatından və qaranlıq qalan məqamlar səbəbindən Elşən Mustafaoğlu kimi bir ziyalı insan barədə həbs qəti-imkan tədbiri seçilib.
Mən Elşən Mustafaoğlunu illərdir ki, tanıyıram. Çox dürüst, ləyaqətli, sadiq insandır. Mustafaoğlu araşdırmaçı-alim, ictimai fəal olmaqla yanaşı, çox aktiv maarifçıdır. Bununla bərabər, onun yanaşmalarında qırmızı xətt kimi hər zaman dövlətçilik təfəkkürü keçib.
Mustafaoğlunun həbsinə inanmaq olmur. Məmləkətin sayılı maarifçilərindəndir. Hər zaman şəffaf, dürüst fəaliyyəti ilə seçilib. Təəccüblüdür ki, E.Mustafaoğlu yenicə QMİ-də görəvli posta gətirilmişdi. 10 ildən artıqdır ki, TV-də müəllif proqramlarının aparıcısıdır. Hərtərəfli publik bir şəxsdir.
Bəs nə baş verdi?!
Elşən Mustafaoğlu kimi bir ziyalı nə etdi ki, onun barəsində məhz belə sərt qəti-imkan tədbiri seçdilər?! İnanmaq istəyirəm ki, tezliklə qapısı açılacaq, bu dəhşət, bir anlaşılmazlıq kimi izah ediləcək. Allaha pənah...”,-deyə Hacı İlqar İbrahimoğlu qeyd edib.
Modern.az