Rusiyada yaşanan iqtisadi böhran bu ölkə vətəndaşlarının Türkiyədə olan evlərini satışa çıxarmağa məcbur edib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, ruslar borclarını ödəyə bilmək üçün Türkiyədə olan evlərini satışa çıxarmağa başlayıb. Satışa çıxarılan evlər əsasən, Antalyada yerləşən mənzillərdir.
Antalya ruslarla birgə işləyən, “Tolerance” beynəlxalq əmlak firmasının rəhbərlərindən olan ukraynalı Sergey Volçenkov bildirib ki, evlərin satışa çıxarılmasına səbəb olub.
O qeyd edib ki, Rusiya rublunun qiymətinin kəskin ucuzlaşmasından sonra rus müştərilər nə edəcəyini bilmir. Onun sözlərinə görə iqtisadi böhran fonunda rus iş adamlarının xarici ölkədə ev almaq planları ikinci dərəcəli olub.
“Biz əvvəllər ingilislərin evlərini ruslara satırdıq. İndi isə ruslardan alıb başqalarına satacağıq”,-deyə Sergey Volçenkov bildirib.
Antalyada xarici ölkə vətəndaşlarına adi 50 minə yaxın daşınmaz əmlak var. Bunların təxminən 7 mini Rusiya vətəndaşlarına məxsusdur.
Modern.az