Modern.az

Firudin Cəlilov bu gün yenidən əməliyyat olunacaq

Firudin Cəlilov bu gün yenidən əməliyyat olunacaq

Təhsil

20 Dekabr 2014, 12:31

Sabiq təhsil naziri, professor Firudin Cəlilov bu gün yenidən əməliyyat olunacaq. Qeyd edək ki, dekabrın 15-də səhhəti kəskin pisləşən alim təcili olaraq əvvəl də əməliyyat olunduğu Ankara xəstəxanasına aparılıb. Dekabrın 17-də isə F. Cəlilov 6 saatlıq əməliyyat keçirib. Uğurla keçən əməliyyatda alimin sol ayağının arterial qan damarı dəyişdirilərək süni damarla əvəz edilib.

Modern.az-ın məlumatına görə, eks-təhsil nazirinin Ankarada yaşayan dostu Yücel Tanay F.Cəlilovun bu gün yenidən əməliyyat olunacağını bildirib.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı