Modern.az

5 yaşlı qızın yanıb ölməsilə bağlı rəsmi MƏLUMAT

5 yaşlı qızın yanıb ölməsilə bağlı rəsmi MƏLUMAT

Təhsil

20 Dekabr 2014, 15:01

Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonu, Kürdmaşı kəndində baş vermiş dəhşətli hadisə barədə məlumat yayıb. Bildirilib ki, bu gün vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 56 kv.m sahədə və dam örtüyü 90 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 2009-cu il təvəllüdlü Usubova Nuray Mirzə qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı