Modern.az

İŞİD daxili orqanları satan şəbəkə yaradıb

İŞİD daxili orqanları satan şəbəkə yaradıb

Təhsil

20 Dekabr 2014, 21:55

İraq və Suriyada fəaliyyət göstərən “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının yaraqlılarının yaratdıqları xüsusi bölmə öldürülən əsirlərin daxili orqanlarının “qara bazar”da satışı oilə məşğul olacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terror təşkilatın üzvləri girovların, o cümlədən uşaqların ürək, böyrək və qaraciyərinin transplantasiyası üçün həkim də tutublar.

Həkim-lor Siravan əl-Mosuli jurnalistlərə bildirib ki, son zamanlar Mosulun xəstəxanalarnda yeni həkimlər peyda olublar. Onun məlumatına görə, məhz onlar terrorçuların musdlularına çevriliblər. Bəzi məlumatlara görə, İŞİD bu yolla ildə 2 milyon dollar qazanır. Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı