Modern.az

Putin: “Rusiya istənilən təhlükəyə hazır olmalıdır”

Putin: “Rusiya istənilən təhlükəyə hazır olmalıdır”

Təhsil

20 Dekabr 2014, 22:30

Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə dövlət təhlükəsizlik işçiləri günü ilə təntənəli gecədə çıxış edib. Modern.az Rusiya KiV-nə istinadən xəbər verir ki, prezident ölkənin xüsusi xidmət orqanlarının başa çatmaqda olan ildə uğurlarını qeyd edib, eləcə də ixtisaslaşmış bölmələrin əsas vəzifəsinin xarici təhlükə, terrorçuluq, ekstremizm, millətçilik və ksenofobiyaya qarşı keyfiyyətli mübarizə aparmaq olduğunu vurğulayıb: “Dünyada vəziyyət stabillikdən uzaqdır. Hədə və risklərin sayı artır, beynəlxalq hüquq normalarına məhəl qoyulmur, bütün vasitələr işə salınır: şantaj və provakasiya, iqtisadi və informasiya təzyiqi, radikal elementlərə, millətçi qruplaşmalara güvənilir, daxili vəziyyətin gərginləşdirilməsinə cəhd edilir, bununla da bütün ölkəni tam nəzarətdə saxlamaq istəyirlər”.

Putin xarici xüsusi xidmət orqanlarının da fəallığının artdığını qeyd edib. Onun sözlərinə görə, 2014-cü ildə xarici xüsusi xidmət orqanlarının 230-dan çox əməkdaşının əkskəşfiyyat xətti aşkarlanıb. Putinin fikrincə, əks kəşfiyyatdan maksimum toparlanmaq və səfərbərlik tələb olunur.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı