Modern.az

Çin Rusiyanı ağır iqtisadi böhrandan qurtarmaq istəyir – AÇIQLAMA

Çin Rusiyanı ağır iqtisadi böhrandan qurtarmaq istəyir – AÇIQLAMA

Təhsil

22 Dekabr 2014, 09:34


Çökməkdə olan Rusiya iqtisadiyyatını dirçəltmək üçün Çin Moskvaya lazımi köməklik edə bilər.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ bildirib. Onun sözlərinə görə Çin, Rusiyanın ağır iqtisadi vəziyyətin öhdəsindən gələcəyinə inanır.

Nazir deyib ki, Rusiya iqtisadi problemlərin həlli istiqamətində böyük imkanlara və müdrikliyə malik olsa da, Çin də ona lazımi köməklik göstərə bilər.  

Qeyd edək ki, Rusiya rublunun məzənnəsi dollar və avroya nisbətən kəskin şəkildə ucuzlaşmaqdadır.  

Modern.az    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı