Modern.az

Lukaşenko Poroşenko ilə GÖRÜŞDƏ: “Nə desən bir gün içində edəcəyik”

Lukaşenko Poroşenko ilə GÖRÜŞDƏ: “Nə desən bir gün içində edəcəyik”

Təhsil

22 Dekabr 2014, 09:51


Ötən gün Ukrayna prezidenti Pyotr Proşenko Belarus rəhbəri Aleksandr Lukaşenko ilə Kiyevdə görüşüb. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, görüş zamanı Aleksandr Lukaşenko  Belarusun Ukraynaya köməklik etməkdə hazır olduğunu bəyan edib.

Belarus liderinin səsləndirdiyi bu açıqlamalar isə daha çox diqqəti cəlb edib: “Sən bizdən köməklik üçün xahiş etsən, bunu bir gün ərzində edəcəyik. Mən açıq danışacağam,  Ukrayna prezidenti nə xahiş edib, biz həmişə onu etmişik.

Bundan sonra da belə olacaq”.   Aleksandr Lukaşenko qeyd edib ki, bu yardım  təkcə əmtəə dövriyyəsinə görə yox, həm də iki ölkənin bir-birinə yaxın və doğma olması baxımından önəmlidir.  

“Deyirlər ki, Lukaşenko nədənsə qorxur. Mən qorxmuram. Biz hər şeyi etməyə hazırıq”,deyə Lukaşenko bildirib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı